Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:19

Vaşinqton Qarabağla bağlı son müzakirələri pozitiv qarşılayır


Zeyno Baran, Hudson İnstitutunun Avrasiya Proqramının direktoru
Zeyno Baran, Hudson İnstitutunun Avrasiya Proqramının direktoru

Vaşinqtondakı Hudson İnstitutunun Avrasiya Proqramının direktoru Zeyno Baran «Azadlıq» radiosuna müsahibəsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupu (MQ) kifayət qədər səylər göstərib, danışıqların növbəti mərhələsi isə Azərbaycan və Ermənistan prezidentlərinin verəcəyi qərardan asılıdır: «ATƏT missiyasının bundan artıq hər hansı bir addım atacağını gözləmirəm. Hazırda müzakirə mövzusu kimi ortada sənəd var. Liderlərin bunu qəbul edib-etməməsindən asılı olmayaraq, ATƏT MQ-nun görəcəyi çox az iş qalıb». Zeyno xanımın sözlərinə görə, Vaşinqton son dövrlərdə iki ölkədə gedən müzakirələri pozitiv qarşılayır.


Qarabağ münaqişəsini faktiki olaraq «dondurulmuş» münaqişə hesab edən ekspert bildirir ki, hazırkı «status-kvo» dəyişmədikcə hər iki ölkənin istər demokratiyanın inkişaf etdirilməsi, istərsə də islahatlar həyata keçirilməsi istiqamətində imkanları məhdudlaşır: «Həm Azərbaycan, həm Ermənistan üçün problemin dərhal həll olunması vacibdir. Bu münaqişələrin çözülməsi eyni zamanda Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün vacib şərtdir. Nəinki Qarabağ, eyni zamanda Osetiya, Abxaziya, Dnestryanı problem kimi bütün «dondurulmuş» münaqişələrin öz həllini tapması və regionda sabitliyin möhkəmlənməsi Amerikanın xarici siyasətinin prioritet məqamlarındandır. Böyük Səkkizlərin toplantısında da «dondurulmuş» münaqişələrin gündəmə gəlməsi gözlənilir».


«Vaşinqtonun münaqişənin həllini sürətləndirmək üçün istər Bakıya, istərsə də Yerevana təsir imkanları qalıbmı» sualının cavabında Zeyno xanım bildirib ki, Vaşinqtonun olduğu qədər Moskvanın da təsir imkanları var. Moskva iki ölkəyə daha yaxındır: «Təbii ki, ABŞ münaqişənin həllində hər iki ölkənin xalqlarının və liderlərinin qərarına hörmətlə yanaşacaq. Amerika hər iki ölkə ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır, ancaq bundan artıq hansısa addım atacağını zənn etmirəm».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG