Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:34

Ermənistan son səkkiz ildə danışıqlarda müzakirə olunmuş bütün sənədləri açıqlaya bilər


«Ki Uest artıq tarixdir, Buxarestdə nə müzakirə olunub məlumdur»
«Ki Uest artıq tarixdir, Buxarestdə nə müzakirə olunub məlumdur»

Elmar Məmmədyarov: «Əgər Ermənistan bütün detalları açmaq istəyirsə, onda belə çıxır ki, onda onlar amerikalı həmsədrinin dedikləriylə razılığa gəlmək istəmirlər»


Ermənistan Xarici İşlər Nazirliyinin iyunun 26-da yayılan bəyanatında deyilir ki, Ermənistan və Azərbaycan prezidentləri Qarabağın gələcək statusunun müəyyən edilməsi üçün referendum keçirilməsində məsələsində razılığa gəliblər. Onların razılaşmadığı məsələ hərbi münaqişənin nəticələrinin ləğvinin ardıcıllığı ilə bağlıdır. Bundan başqa, bəyanatda bildirilir ki, Azərbaycanın sülh razılaşmasının əsas elementlərinə dəyişkən münasibəti davam edərsə, Ermənistan Azərbaycanla Dağlıq Qarabağ arasında birbaşa danışıqlar aparılmasına təkid edəcək.


Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupunda yeni həmsədri Mətyu Brayza ötən həftə «Azadlıq» radiosuna müsahibəsində deyib ki, münaqişə tərəfləri «çərçivə razılaşması»nı müzakirə edirlər. Hansısa son mərhələdə Dağlıq Qarabağın gələcək statusu ilə bağlı səsvermə keçirilməsi nəzərdə tutulur. Ermənistan prezidentinin mətbuat katibi Viktor Soğomonyan iyunun 26-da Rusiyanın Reqnum agentliyinə bildirib ki, Brayza yalnız müzakirə olunan sənədin bəzi elementlərini açıqlayıb, bu da Qarabağa dair «çərçivə sazişi»nin tam məğzini açmır. Əgər gələcəkdə mediada belə açıqlamalar verilsə, Ermənistan son səkkiz ildə danışıqlarda, o cümlədən Ki Uest, Buxarestdə müzakirə olunmuş bütün sənədləri açıqlayacaq – deyə, Soğomonyan əlavə edib.


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovsa bu bəyanatı Ermənistanın Mətyu Brayzanın açıqladığı prinsiplərlə razılaşmaq istəməməsi kimi qiymətləndirib. «Ki Uest artıq tarixdir, Buxarestdə nə müzakirə olunub məlumdur. Onda biz də gərək Lissabon samitindən danışaq ki, ATƏT-in bütün üzvləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əgər Ermənistan bütün detalları açmaq istəyirsə, onda belə çıxır ki, onda onlar amerikalı həmsədrinin dedikləriylə razılığa gəlmək istəmirlər».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG