Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:10

Vergilər Nazirliyi «ANS Kommers»in mühasibat sənədlərini müsadirə etdi


İyun 14-dən ANS-in bütün strukturlarında vergi yoxlamaları başlayıb
İyun 14-dən ANS-in bütün strukturlarında vergi yoxlamaları başlayıb

İyunun 17-də Vergilər Nazirliyinin (VN) əməkdaşları Xətai Rayon Məhkəməsinin qərarı ilə «ANS Kommers» şirkətinin son dörd ilə aid mühasibat sənədlərini özləri ilə aparıblar. ANS Şirkətlər Qrupunun iyunun 9-da yaydığı məlumatda bildirilir ki, götürülən sənədlərin arasında media-planlar, qiymətlərin razılaşdırılması ilə bağlı müqavilələr, bank sənədləri, alqı-satqı əməliyyatları, görülmüş işləri əks etdirən uçot blanklarının və vəkalətnamələrin, təhvil-təslim aktlarının və əmək haqqı cədvəllərinin əsli də var.


Vergi orqanlarının yoxlamasına etiraz edilmədiyini bildirən ANS Şirkətlər Qrupunu bir məqam narahat edir. Vergi orqanları əməkdaşları nə üçün «ANS Kommers»də araşdırmaya qeyri-iş günündə, şənbə günü başlayıblar: «Vergi orqanlarının əməkdaşları hara və nəyə tələsirlər?»


VN-dən isə bildirirlər ki, araşdırmalar davam etdiyindən bu haqda hələlik bir məlumat verə bilməzlər. Nazirlik yalnız yoxlamanın nəticəsi haqda ictimiayyiətə bilgi verə biləcək.


Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı hesab edir ki, istənilən KİV-də, xüsusən də ANS kimi şirkətdə səsli-küylü yoxlamalar həmişə narahatlıq doğurur. Cənab Hacılının sözlərinə görə, vergi orqanlarının nəyi və necə araşdırdıqlarına toxunmadan demək olar ki, bu addımlar televiziyanın işinə təsir edə bilər: «Bəzən bu söz azadlığına təzyiqə də çevrilə bilər».


İyun 14-dən ANS Şirkətlər Qrupunun bütün strukturlarında vergi yoxlamaları başlayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG