Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:40

ABŞ 13 may seçkisinin düzgün keçəcəyinə ümid edir


Prezident İlham Əliyev səs verir, 6 noyabr 2006
Prezident İlham Əliyev səs verir, 6 noyabr 2006

«Birləşmiş Ştatlar Azərbaycanda 13 may təkrar parlament seçkisinin düzgün keçəcəyinə ümid edir, seçki prosesini dəstəkləyir və bu dəstəyin demokratiyanın inkişafı üçün yardımçı olacağına ümidvardır». Bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Ceyson Hayland mayın 8-də MSK sədri Məzahir Pənahovla görüşündən sonra jurnalistlərə deyib: «Ümumilikdə seçkiqabağı proses normal gedir, ancaq problemlər də var. Mühüm olan odur ki, MSK və seçkidə iştirak edən digər tərəflər səsvermənin mümkün qədər azad və şəffaf keçirilməsi üçün bütün qanuni mexanizmlərdən istifadə etsinlər. Birləşmiş Ştatlar da öz növbəsində bir tərəfdaş kimi bu prosesin ədalətli olmasına öz töhfəsini verəcək, biz "exit-poll" keçirəcəyik, hökumətin şəffaf mürəkkəblə təminatına kömək edəcəyik, seçkini müşahidə edəcəyik. Biz bu seçkini demokratik prosesin mühüm hissəsi hesab edirik».


Nəticələri ləğv olunan dairələrdə parlamentə təkrar seçki keçirəcək komissiyalara seçki bülletenlərinin paylanması prosesi mayın 8-də başa çatıb. Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, seçicilərin sayından 3 faiz artıq olmamaq şərtilə 402 224 ədəd bülleten çap olunub və DSK-lara paylanıb.


Ümumilikdə isə həm xarici, həm də yerli müşahidəçilər daxil olmaqla seçkini 6.000-dək müşahidəçi izləyəcək.


Birləşmiş Ştatların Beynəlxalq Respublikaçılar İnstitutunun dəvətilə Latviyadan və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəvətilə isə bir Bolqarıstan şirkəti "exit-poll" keçirəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG