Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:46

Əli Həsənov: «Heç kimin Azərbaycanı hədələməyə haqqı yoxdur»


Əli Həsənov - Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri
Əli Həsənov - Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri
«Avropa Şurası Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini dondurmaq istəyirsə, dondursun. Amma heç kimin Azərbaycanı hədələməyə haqqı yoxdur». Bu sözləri aprelin 11-də Prezident Aparatında İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov jurnalistlərlə söhbətində deyib. Mayın 13-də Milli Məclisdəki boş yerlərə keçiriləcək təkrar seçkinin demokratik, şəffaf və ədalətli olacağını deyən cənab Həsənova görə, Azərbaycan müstəqil dövlətdir və hər hansı məsələyə görə kimsənin onu hədələməyə haqqı yoxdur.

Əli Həsənov: «Bu baxımdan da heç kimin, o cümlədən də Avropa Şurası Parlament Assambleyasının rəhbəri Rene van der Linderin də Azərbaycanı hədələməyə ixtiyarı yoxdur».


Avropa Şurası Parlament Assambleyasının rəhbəri Rene van der Linder bir qədər əvvəl bildirmişdi ki, təkrar seçki qeyri-demokratik keçiriləcəyi halda, Azərbaycanın mandatına yenidən baxıla bilər.


AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andreas Qrossun təşəbbüsü ilə qurumun ötən sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi məsələsi qaldırılmışdı. Amma həmin vaxt mandat təsdiqləndi və qərara alındı ki, yekun qiymət nəticəsi ləğv olunan yerlərə keçirilən təkrar seçkidən sonra veriləcək.


Cənab Həsənov təkrar seçkini müşahidə edəcək missiyanın tərkibində Andreas Qrossun olmamasına da münasibət bildirib. Şöbə müdirinin sözlərinə görə, bu, Andreas Qrossun Azərbaycana qərəzli mövqeyilə bağlıdır. Əli Həsənova görə, Andreas Qrossun Azərbaycana hansısa sanksiya tətbiq edilməsilə bağlı təklifi Avropa Şurasında qəbul edilmədikdən sonra onun Azərbaycana gəlməyəcəyi əvvəlcədən məlum idi.


A.Qross isə ötən həftə «Azadlıq» radiosuna bildirmişdi ki, bu dəfə Azərbaycana gəlməməyə özü qərar verib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG