Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 04:41

AŞ PA-nın Müşahidə Missiyası seçki ərəfəsində Azərbaycanda demokratik inkişafın olmadığını bildirir


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda seçkiləri Müşahidə Missiyası bildirir ki, 13 may seçkisi öncəsi Azərbaycanda demokratik inkişafın olmamasından narahatdır. Missiyanın aprelin 28-də yaylan bəyanatda qeyd edilir ki, Azərbaycan hökuməti ciddi demokratik irəliləyişə nail olmasa, onun AŞPA-dakı nümayəndə heyətinin mandatına bir daha baxa bilər.




AŞPA-nın seçkiləri müşahidə missiyasının rəhbəri Leo Platvoet, 28 aprel 2006
Missiya Azərbaycan hökumətini Seçki Məcəlləsini dəyişməyə çağırır, bu sənədin Avropa Şurası standartlarına və öhdəliklərinə uyğunlaşdırılmasını istəyir. Missiya hesab edir ki, Azərbaycan hökuməti yubanmadan təkrar seçkidən əvvəl əməkdaşlıq üçün Venesiya Komissiyasına rəsmi müraciət etməlidir. Hökumət həmçinin, seçki komissiyalarının tərkibini dəyişməyə hazır olduğunu bildirməlidir. Məqsəd odur ki, seçkidə iştirak edən bütün tərəflərin prosesə inamı olsun. Venesiya Komissiyasının təkliflərində isə komissiyaların poritet əsaslarla təşkil edilməsi nəzərdə tutulur.


Aprelin 28-də keçirdiyi mətbuat konfransında AŞ PA-nın seçkiləri müşahidə missiyasının rəhbəri Leo Platvoet bildirib ki, onlar nəticələri ləğv olunmuş 10 dairədə mayın 13-də keçiriləcək təkrar parlament seçkiləri ilə bağlı Azərbaycan hökumətinə bir sıra tövsiyələr veriblər.


Həmin tövsiyələrdən biri də "Sərbəst toplaşma azadlığı haqqında" Qanuna dəyişikliklə bağlıdır. Qurum hesab edir ki, həmin qanun Avropa standartlarına uyğun dəyişdirilməlidir. Cənab Platvoetin fikrincə, seçkilərədək qalmış iki həftə tövsiyələrin, xüsusilə də seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı təkliflərinin həyata keçirilməsi üçün kifayətdir.


Missiyanın rəhbəri Leo Platvoet deyir ki, noyabr seçkisindən sonra seçki saxtakarlıqları yalnız məhdud şəkildə istintaqla nəticələnib. Hökumət bu yöndə işi davam etdirməlidir, yerli və beynəlxalq ictimaiyyətə tam məlumat verməlidir.


XS
SM
MD
LG