Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 04:32

«Qazprom» təbii qaz alınması ilə bağlı Bakı ilə danışıqlar aparıb


Rusiyanın qaz şirkəti «Qazprom» təbii qaz alınması ilə bağlı Azərbaycanla danışıqlara başlayıb
Rusiyanın qaz şirkəti «Qazprom» təbii qaz alınması ilə bağlı Azərbaycanla danışıqlara başlayıb
Rusiyanın «Qazprom» şirkəti təbii qaz alınması ilə bağlı Azərbaycanla danışıqlara başlayıb.

Martın 27-də Moskvada şirkətin direktoru Aleksey Miller 2010-cu ildən etibarən qaz idxalı ilə bağlı danışıqlara başlamaq haqqında Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevlə anlaşma memorandumu imzalayıb.

Azərbaycan qazı Rusiyaya Bakının Xəzər sahilindən başlayaraq Novo-Filya şəhərinə gedən 200 kilometrlik kəmər vasitəsilə aparılacaq.

Bu da Avropa Birliyinin dəstəklədiyi «Nabucco» kəməri layihəsinə mənfi təsir edə bilər. «Nabucco» layihəsi Rusiya ərazisindən keçmədən qazın Avropaya ötürülməsini nəzərdə tutur.

Hələ keçən həftə Avropa Birliyi «Nabucco» layihəsinin reallaşmasına 265 milyon dollar ayıracağını bildirmişdi.
XS
SM
MD
LG