«Nabucco» qaz kəməri yenidən Avropa İttifaqının (Aİ) azad büdcə vəsaiti hesabına maliyyələşdiriləcək prioritet layihələri siyahısına daxil edilib. Bu barədə Polşanın Aİ işləri üzrə naziri Mikolay Dovgeleviç bildirib. Qaz kəmərinin prioritet vəzifələr siyahısından çıxarılması 2009-cu il martın 17-də Almaniyanın təkidi ilə qərara alınmışdı.
Polşanın Baş naziri Donald Tusk bildirib ki, «Nabucco»nun Aİ-nin prioritet layihələri siyahısına təkrarən daxil edilməsinə Mərkəzi və Şərqi Avropa ölkələrinin hökumətləri nail olub. Daha çox Almaniya hakimiyyəti buna qarşı çıxıb. Almaniya kansleri Angela Merkelin sözlərinə görə, «Nabucco» olmadan da Avropa İttifaqının büdcə vəsaitini sərmayə qoyacağı yerlər var.
Prioritet layihələr siyahısı 2008-ci ilin payızında Avropa Komissiyası tərəfindən təqdim edilib. Sənədə əsasən, «Nabucco»nun tikilməsinə Aİ azad büdcə vəsaitindən 200 milyon avro xərclənəcək. İndi «Nabucco» digər layihələrlə birlikdə Avropanın enerji təhlükəsizliyinin əsasıdır və Aİ-nin Rusiyadan qaz asılılığını azaltmalı olacaq. Ümumilikdə, Aİ enerji layihələrinin həyata keçirilməsinə 2009-cu ildə 2 milyard avro və 2010-cu ildə 1,975 milyard avro ayırmağı planlaşdırıb.
Martın 17-də Aİ «Nabucco»nu «Cənub qaz dəhlizi» adlı digər bir bölməyə keçirməyi qərara alıb. Bu bölmə Yunanıstanın İoniya sahilindən İtaliyaya qədər ITGI qaz kəmərinin tikintisi də daxil olmaqla, Avropanın cənubunda bir sıra enerji layihələrinin həyata keçirilməsini nəzərdə tutur.
Bir müddət əvvəl Rusiyanın «Qazprom» şirkəti «Nabucco»da iştirak etmək üçün dəvət alıb, lakin 2009-cu il martın 16-da onu rədd edib. Qaz şirkətinin İdarə Heyətinin sədri Aleksandr Medvedevin sözlərinə görə, «Qazprom» üçün məqsədli layihə «Cənub axını»dır.
/Turan/