Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 07:38

«Nabucco» ölkələri cəsur olmalıdır»


Prezident İlham Əliyev deyib ki, «Nabucco» ölkələri və layihəyə dəstək verən təşkilatlar daha cəsur olmalıdır
Prezident İlham Əliyev deyib ki, «Nabucco» ölkələri və layihəyə dəstək verən təşkilatlar daha cəsur olmalıdır
«Nabucco» ölkələri və bu layihəyə dəstək verən təşkilatlar daha cəsur olmalıdır». Bu fikri prezident İlham Əliyev yanvarın 29-da İsveçrədə Davos İqtisadi Forumun «2009-cu ilin enerji mənzərəsi» adlı sessiyasında çıxışı zamanı deyib:
«Nabucco»nun bir çox problemləri var: siyasi dəstək, siyasi iradə, maliyyə öhdəliyi, tranzit məsələsi və bu layihəyə həddən artıq iştirakçının cəlb olunması. Bu səbəbdən hesab edirəm cəlb olunan ölkələrin səylərinin birləşdirilməsi, eyni zamanda güclü maliyyə dəstəyi layihənin gedişinə kömək ola bilər».

Prezident İlham Əliyev deyib ki, «Nabucco» ölkələri və layihəyə dəstək verən təşkilatlar daha cəsur olmalıdır. «Bu layihəyə yalnız mənfəət mənbəyi kimi baxmamalıdırlar. Bu enerji təhlükəsizliyi məsələdir. Enerji təhlükəsizliyi isə uzun müddətli perspektivdə ümumi təhlükəsizliyə və müstəqilliyə yol açır.

«Nabucco» layihəsi Xəzər hövzəsi və Mərkəzi Asiya qazını Azərbaycandan da keçməklə Avropaya çatdırmalısını nəzərdə tutur. Hələ ki, kəmərə vurulacaq qazın və maliyyənin mənbəyi müəyyənləşməyib.
XS
SM
MD
LG