Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:23

Ukrayna və Rusiya razılığa gəldilər


«Qazprom» xəbər yayıb ki, Ukrayna bu səhər - əlavə şərt qoymadan müqaviləni bağlamağa razılıq verib
«Qazprom» xəbər yayıb ki, Ukrayna bu səhər - əlavə şərt qoymadan müqaviləni bağlamağa razılıq verib
Ukrayna və Rusiya qaz məsələsində razılığa gəldilər. «Qazprom» məlumat yayıb ki, yanvarın 12-də səhər Rusiya təbii qazının Avropaya nəqlini bərpa etmək barədə razılaşmanı yenidən imzalayıblar.
Tərəflər bu şənbə-bazar Avropa Birliyinin vasitəçiliyi ilə qaz məsələsini müzakirə ediblər, bazar günü axşam – Rusiya Ukraynanı müqaviləni dəyişməkdə günahlandırıb. Ona görə də sənədi qüvvədən düşmüş elan edib.

«Qazprom» xəbər yayıb ki, Ukrayna bu səhər - əlavə şərt qoymadan müqaviləni bağlamağa razılıq verib.

Rusiyanın «Qazprom» şirkəti - Avropaya Ukrayna ərazisindən qaz nəqlini tamamilə kəsib, Moskva ilə Kiyev qazın qiyməti məsələsində razılığa gələ bilmirlər.

Rusiya həm də Ukraynanı qaz oğurluğunda ittiham edir, Ukrayna bununla razılaşmır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG