Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:43

Ərdoğan: «Biz Azərbaycana tərs olan siyasət apara bilmərik»


Ərdoğan deyir ki, Türkiyə-Ermənistan danışıqları davam edir
Ərdoğan deyir ki, Türkiyə-Ermənistan danışıqları davam edir
«Biz Azərbaycana tərs olan siyasət apara bilmərik. Biz bu günədək bunu belə gətirmişik və bundan sonra da belə davam etdirəcəyik. Bu məsələdə hər hansı bir dəyişiklik ola bilməz».

AzərTAc xəbər verir ki, Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan «Kanal 24» televiziyasına müsahibəsində belə deyib. Baş nazir Ermənistanla danışıqları şərh edərkən deyib:

«Ermənistanla danışıqlar davam edir. Prezidentimizin Ermənistana səfəri, daha sonra Davosda Ermənistan prezidenti Sərkisyanla görüşümüz, xarici işlər nazirlərinin danışıqları var. Lakin bu məsələdə bizim atacağımız addımlarda qəti mövqeyimiz Azərbaycanla paralel siyasətimizi davam etdirməkdir. Yəni biz Azərbaycana tərs olan siyasət apara bilmərik. Biz bu günədək bunu belə gətirmişik və bundan sonra da belə davam etdirəcəyik. Bu məsələdə hər hansı bir dəyişiklik ola bilməz».

Mətbuatda yayılan xəbərlərə görə Türkiyə Ermənistanla danışıqlarda Dağlıq Qarabağ problemini şərt kimi irəli sürmür. Bu münaqişəyə görə, Türkiyə bu vaxta kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG