Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:59

Ə.Babacan: «Ermənistanla münasibətlərdə müsbət yanaşmalar var»


Sentyabrın 22-də Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarovla Əli Babacan Nyu-Yorkda görüşüblər
Sentyabrın 22-də Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarovla Əli Babacan Nyu-Yorkda görüşüblər
Sentyabrın 22-də Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarovla Əli Babacan Nyu-Yorkda görüşüblər.
Görüş nazirlərin BMT Baş Assambleyasının 63 - cü sessiyasında iştirakı çərçivəsində qeyri - rəsmi formatda baş tutub. Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli münasibətləri, regiondakı vəziyyət, o cümlədən Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması üzrə məsələləri müzakirə ediblər.

Görüşdən sonra jurnalistlərə açıqlama verən Əli Babacan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinə müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərində müsbət yanaşmalar müşahidə olunmaqdadır. 1915-ci il hadisələrini araşdıracaq ortaq tarixi komissiyanın yaradılması təklifinə Ermənistanın müsbət yanaşdığını söyləyən Babacan onu da qeyd edib ki, regionda sabitliyin bərqərar olması üçün, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması vacibdir. ANS
XS
SM
MD
LG