Keçid linkləri

2024, 25 İyul, Cümə axşamı, Bakı vaxtı 12:17

«Azərbaycanın maraqları zərbə altında qala bilər»


«Narahatçılıq odur ki, bu danışıqlarda Azərbaycanın maraqları zərbə altında qala bilər»
«Narahatçılıq odur ki, bu danışıqlarda Azərbaycanın maraqları zərbə altında qala bilər»
«Bizim Yol»: «Türkiyə Qarabağ maraqlarımızı kənara qoyub Ermənistanla əlaqə yarada bilər»-, politoloq Hikmət Hacızadə qəzetə müsahibəsində belə deyir.
Ekspert Ermənistan-Türkiyə-Azərbaycan xarici işlər nazirlərinin danışıqlarında narahatçılıq doğuran məqamların olduğunu bildirib.
«Narahatçılıq odur ki, bu danışıqlarda Azərbaycanın maraqları zərbə altında qala bilər. Hətta danışıqlar Azərbaycansız da keçinər. Düzdür, Türkiyə rəhbərliyinin Ermənistanla danışıqlar barəsində Azərbaycan hakimiyyətini məlumatlandırması təqdirə layiqdir. Qoy, gəlsinlər, danışaq, fikirlərimizi bölüşək, qardaş millətik. Amma ümumən narahatçılıq var.

«Azadlıq»: «Maşın bazarında durğunluq bankları ciddi narahat edir»-, iqtisadçı ekspert Vüqar Bayramov maşın bazarında yaranmış durğunluq halına belə münasibət bildirib. O, hesab edir ki «belə situasiya bankları çıxılmaz vəziyyətlə qoymaqla yanaşı, avtomobillərin qiymətini bir qədər də aşağı sala bilər».

«Azərbaycan» MDB Parlamentlərarası Assambleyanın bu günlərdə keçirilən iclasında Azərbaycanda prezident seçkilərini müşahidə etmiş missiyasının yekun rəyi açıqlanıb. Qəzet yazır ki, missiya «Azərbaycanda keçirilmiş son prezident seçkilərini demokratiya yolunda növbəti mühüm uğur kimi dəyərləndirir».
«Yeni Azərbaycan» yazır ki, tikinti meydançalarında bədbəxt hadisələrin sayı yarıbayarı azalıb. Dövlət Əmək Müfəttişi Nəbi Şükürlü hesab edir ki, işəgötürənlərin əmək qanunvericiliyinin tələblərini pozması faktları əsasən qeyri-dövlət müəssisələrində müşahidə olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG