Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:16

Amnesti İnternational Ramil Usubovun addımını alqışlayır


Azerbaijan -- Usubov, Ramil, Interior Minister, Baku, 27Jan2007
Azerbaijan -- Usubov, Ramil, Interior Minister, Baku, 27Jan2007

"Amnesty İnternational" yaydığı bəyanatda Daxili İşlər Nazirinin Leyla Yunusa qarşı iddialardan imtinasını alqışlayır. Amma bu cür iddiaların ümumiyyətlə qaldırılmasından da narahatlığını bildirir.


Amnesty İnternational Beynəlxalq İnsan Haqları Təşkilatı Daxili İşlər Nazirliyinin Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunusa qarşı məhkəmədə iddialarını geri götürməsini alqışlayır. Təşkilatın bu gün yaydığı bəyanatda belə deyilir.

Nazir Ramil Usubov Leyla Yunusu polisin işgüzar nüfuzunu ləkələməkdə günahlandırıb, ondan təkzib verməsini, üzr istəməsini və 100 min manta təzminat ödəməsini istəyirdi. Amma martın 2-də Yasamal Rayon məhkəməsinin iclasında iddialarını geri götürmüşdü.

Amnesty İnternational Beynəlxalq İnsan Haqları Təşkilatı yenə də yüksək rütbəli məmuların hüquq müdafiəçilərinin dediyi fikirlərə görə məhkəməyə vermək tendensiyasından narahatlığını bildirir. Bunun hüquq müdafiəçilərinin işinin mahiyyəti və ifadə azadlığıyla uzlaşmadığını önə çəkir. Bəyanatda qedy olunur ki, bu cür ittihamların yayılması ictimaiyyətin hüquq müdafiəçilərinə inamının zədələməyə və nəticədə insan haqları pozuntularının ümumiyyətlə cəmiyyətdə müzakirə olunmamasına yönəlib.

Amnesti İnternational bəyanatın sonunda Azərbaycan hakimiyətini Leyla Yunusun dekabr ayında verdiyi müsahibədəki faktları ciddi şəkildə müstəqil araşdırmasını təmin etməyə çağırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG