Hüquq müdafiəçisi Leyla Yunusun işinə Yasamal Rayon məhkəməsi baxacaq. Bu barədə yanvarın 26-da Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.
Bundan əvvəlki hazırlıq iclasında vəkil İsaxan Aşurov vəsatət qaldıraraq bildirib ki, iddia ərizəsində Leyla Yunusun yaşadığı və qeydiyyat ünvanı səhv göstərilib.
Bundan əvvəlki hazırlıq iclasında vəkil İsaxan Aşurov vəsatət qaldıraraq bildirib ki, iddia ərizəsində Leyla Yunusun yaşadığı və qeydiyyat ünvanı səhv göstərilib.
Hakim vəsatəti təmin edib və prosesin Yasamal Rayon Məhkəməsində davam etdirilməsi barədə qərar çıxarıb.
Daxili İşlər naziri Ramil Usubov Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusu «day.az» saytına müsahibəsində Dəvəçi rayonunda iki azyaşlı uşağın qətlində polisin əli olduğunu dediyinə görə məhkəməyə verib.
Nazir məlumatın təkzibini və Leyla Yunusun 100 min manat cərimə edilməsini istəyir.