Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Yanvar, bazar, Bakı vaxtı 03:11

Təşviqat qruplarının MSK-ya müraciət müddəti başa çatdı


Təşəbbüs qruplarından indiyə qədər MSK-ya yeddi şikayət daxil olub
Fevralın 1-i axşam saat 6-da referendumla bağlı təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət müddəti başa çatıb. Komissiyanın məlumatına görə, imza vərəqəsi üçün müraciət edən 14 təşəbbüs qrupundan 13-ü tələb olunan 40 min seçici imzasını təqdim edib.
Üç təşəbbüs qrupu isə artıq qeydiyyatdan da keçib. Bunlar «Yeni Azərbaycan», «Şəhər» və «Tərəqqi» təşəbbüs qruplarıdır.
MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev «Azadlıq» radiosuna deyib ki, 14 təşəbbüs qrupundan 13-nün imza vərəqi onlara təqdim olunub. Bir təşəbbüs qrupu – «Demokratik Azərbaycan Dünyası» rəsmi müraciət edərək referendumda «Yeni Azərbaycan» təşəbbüs qrupunu dəstəkləyəcəklərini bildirdi. İndiyə kimi yalnız bir - «Abadkənd» təşəbbüs qrupu qeydiyyata alınmayıb».
A.Sarıyevin dediyinə görə, referendumla bağlı təşəbbüs qrupu yaratmaq üçün müraciət edənlərin sənədləri növbəti 10 gün ərzində araşdırılacaq və müvafiq qərar qəbul ediləcək.
Fevralın 18-dən isə referendumla bağlı təşviqat başlayır.
Təşviqat səsverməyə 24 saat qalmış dayandırılır.
Təşəbbüs qruplarından indiyə qədər MSK-ya yeddi şikayət daxil olub. Azər Sarıyev deyir ki, iddialar öz təsdiqini tapmadığına görə, təmin olunmayıb.
Konstitusiyaya əlavə və dəyişikliklər edilməsilə bağlı referendum bu il martın 18-nə təyin olunub.
Konstitusiyaya 20-dən çox əlavə və dəyişiklik təklif edilir.
Əsas narazılıq yaradan məsələ bir nəfərin iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağanın ləğvi təklifidir.
XS
SM
MD
LG