Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:53

İmza toplayan müxalifətçi prokurorluqda 3 saat dindirilib


«Xasməmməd Cəlilov adlı şəxs izahatında yazıb ki, mən onu aldadaraq İlham Əliyevin ikinci dəfə seçilməsi üçün imza almışam»
«Xasməmməd Cəlilov adlı şəxs izahatında yazıb ki, mən onu aldadaraq İlham Əliyevin ikinci dəfə seçilməsi üçün imza almışam»
Sumqayıtda referendum üçün imza toplayandan sonra polisə çağırılan müsavatçı Fəxrəddin Abbas yanvarın 27-də şəhər prokurorluğunda üç saat dindirilib. Ondan vətəndaşlardan imzaları hansı şəraitdə toplaması ilə bağlı izahat alınıb. F. Abbas «Azadlıq» radiosuna deyib ki, işdə ona qarşı yalnız bir ifadə var:
«Xasməmməd Cəlilov adlı şəxs izahatında yazıb ki, mən onu aldadaraq İlham Əliyevin ikinci dəfə seçilməsi üçün imza almışam. Ona təzyiq ediblər. Xasməmmədin yük maşını var, ailəsini çətinliklə saxlayır. Ona təzyiq edərək mənə böhtan atmağa məcbur ediblər».
«Respublika və Qarabağ Uğrunda» Vətəndaş Hərəkatının təşəbbüs qrupunun üzvü olan Fəxrəddin Abbas deyir ki, prokurorluq binasının qarşısında imza topladığı şəxsləri və onların ailə üzvlərini görüb.
Onlar da faktla bağlı dindirilməyə çağırılıblar.
Sumqayıt şəhər Prokurorluğu Fəxrəddin Abbas yanvarın 28-də saat 9-da yenidən izahat verməyə çağırıb.
F.Abbas yanvarın 22-də Sumqayıtda 18 mart referendumu ilə bağlı imza toplayarkən polis tərəfindən saxlanılmış və yalnız gecə yarısı müvəqqəti evinə buraxılmışdı.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ehsan Zahidov demişdi ki, Sumqayıtda saxlanan şəxslər imza toplayarkən qeyri-qanuni hərəkətlərə yol veriblər. Bundan narazı qalan vətəndaşların müraciətinə əsasən polis işə qarışıb.
XS
SM
MD
LG