Korrupsiya qalmaqalında adı hallanan Amerikanın İllinoys ştatının qubernatoru girov müqabilində azadlığa buraxılıb. İddia olunur ki, 51 yaşlı demokrat-qubernator Rod Blaqoyeviç Barak Obamanın prezident seçilməsi nəticəsində boş qalmış senator yerini satmağa çalışıb.
ABŞ qanunlarına görə, boş senator yerini kimin tutacağına məhz qubernator qərar verir.
Barak Obama baş verənlərdən təəssüfləndiyini və qubernatorla bu məsələni müzakirə etmədiyini deyib.
İndi Amerikada həm demokratlar, həm də respublikaçılar Blaqoyeviçi istefaya getməyə çağırırlar.
Rod Blaqoyeviçin senator yerini yarım milyon-bir milyon dollar civarında rüşvət müqabilində satmaq istədiyi iddia edilir.