Ekspertlərin fikrincə, Mumbay terrorçulara çox asan hədəfdir. Təhlilçilər deyirlər ki, Hindistanın, ya Pakistanın istənilən şəhərində partlayış olanda hamı o yerdən kənara qaçır, Mumbayda isə əksinə, hamı partlayış olan yerə qaçır ki, yaralılara kömək etsinlər. Bunu «New-York Times» yazır.
Belə bir şəhərdə - Hindistanın maliyyə mərkəzində hotellərə hücumla 200 adamı kim öldürdü? «Newsweek» yazır ki, Corc Buşun belə bir sevimli ifadəsi var «Hindistanda 140 milyon müsəlman yaşayır. Onlardan heç biri «Əl-Qaida»nın üzvü deyil. Niyə? Çünki Hindistan demokratik ölkədir».
Onda bu hücumu kim törədib?
«International Herald Tribun» yazır ki, 1993-cü ildə həmin Mumbayda induslar müsəlmanları məhz dini mənsubiyyətlərinə görə küçədə yandırırdılar. Müsəlman olmaq cinayət idimi? İndi gənc müsəlmanlar hotellərə girib şəhərin qonaqlarını güllələyirlər. Mumbaya gəlmək günahdırmı?
«New-York Times» yazır ki, Amerika və Hindistan kəşfiyyatının məlumatlarına görə Mumbay hotellərinə hücumu «Ləşkəri Taiba» qrupu törədib. Bu qrup Hindistanla Pakistan arasında mübahisə obyekti olan Kəşmirdə yerləşir. 2002-ci ildə rəsmən qadağan olunana qədər, təhlilçilərin dediyinə görə, Pakistanın təhlükəsizlik qüvvələri bu qrupun üzvlərinə təlimlər keçiblər.
Ancaq «Röyters» xəbər verir ki, «Ləşkəri Taiba» qrupu bu hücumda əli olmasını qətiyyətlə inkar edir. Hücumu üzərinə götürən «Dekkan Mücahiddin» qrupunu isə tanıyan yoxdur.
«New-York Times» yazır ki, ən qaranlıq qalan məsələ isə odur ki, əgər Hindistanın rəsmilərinin dediyi düzdürsə, yəni hücum edənlər cəmi 10 nəfər olubsa, onlar bu qədər dağıntını necə törədə bilər və düz 3 gün və 3 müxtəlif binada təhlükəsizlik qüvvələri ilə necə vuruşa bilərlər?
Hücum edənlərin sayının doğrudan da 10 olması yalnız onu göstərə bilər ki, yerli polis və təhlükəsizlik qüvvələri çox hazırlıqsız olublar.
Məsələn, «India Times» qəzeti yazır ki, «Tac Mahal» hotelində 5 saat atışmadan sonra terrorçular gizli qapıdan qaçıblar. Belə bir gizli qapının olmasını Hindistanın təhlükəsizlik qüvvələri bilmirdilər…