Dünya Bankının «Biznes mühiti 2009» adlı hesabatına görə Azərbaycan bu il dünyada biznes sahəsində islahat aparmaqda lider ölkədir. Bankın biznes mühitinin asanlığı üzrə reytinq cədvəlində Azərbaycan 181 ölkə arasında 33-cü yerdədir. Ötən il Azərbaycan bu siyahıda 96-cı idi.
Göstərilir ki, bu il Azərbaycan hesabatın on qiymətləndirmə göstəricisindən yeddisi üzrə səmərəli islahat aparıb. Yəni yeni müəssislərin yaradılması, mülkiyyətin qeydiyyatı, kreditlərin alınması proseduralarını sürətləndirib. Həmçinin investorların hüquq və maraqlarının müdafiə olunması dərəcəsini yüksəldib.
Dünya Bankı bildirir ki, artıq beşinci ildir ki, Şərqi Avropa və Orta Asiya ölkələri biznesdə islahatlara görə öndə gedirlər. Hesabatda bu region ölkələrinin 90 faizdən çoxunda islahatlar həyata keçirildiyi göstərilir.
Bankın biznes mühitinin əlverişliliyi üzrə reytinq cədvəlində Ermənistan 44-cü yerdə qərarlaşıb. Gürcüstan isə 15-cidir. Birləşmiş Ştatlar ötən il də olduğu kimi 3-cü yerdədir. Siyahıya yenə də Sinqapur başçılıq edir. Sahibkarların fəaliyyət göstərməsi üçün ən pis şərait isə Konqoda qeydə alınıb.
İqtisadçı ekspert Qubad İbadoğlu hesabatda bir məqamla razıdır. Onun fikrincə, biznesə başlamaqla bağlı inkişaf var, bu da «vahid pəncərə» sisteminin tətbiqi ilə bağlıdır. Ekspert digər göstəricilərlə razı olmadığını bildirir.