Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyun, Cümə, Bakı vaxtı 22:27

Fazil Məmmədov: «Sahibkarlıq subyektləri üç gün ərzində qeydiyyata alınacaqlar»


«Gələn ilin yanvarından başlayaraq Azərbaycanda sahibkarlıq subyektlərinin qeydiyyata alınmasıyla bağlı yeni qayda tətbiq olunacaq. «Vahid pəncərə» prinsipi dünyada analoqu olmayan bir prinsipdir».


Bunu Vergilər naziri Fazil Məmmədov deyib. Onun sözlərinə görə, bu prinsip hazırlananda qabaqcıl ölkələrin təcrübəsindən istifadə edilib, amma tam fərqli bir sənəd hazırlanıb.


Məmmədov deyir ki, «vahid pəncərə» prinsipi tətbiq ediləndən sonra sahibkarlıq subyektləri ən geci müraciət edəndən üç gün sonra qeydiyyata alınacaqlar. Nazirin sözlərinə görə, belə bir nümunə dünyanın heç bir ölkəsində tətbiq edilmir.


XS
SM
MD
LG