Keçid linkləri

2024, 24 İyul, çərşənbə, Bakı vaxtı 21:44

«Azadlıq» radiosunun «Seçki Qatarı» yola düşdü


Avqustun 2-də «Seçki Qatarı» verilişinin ilk buraxılışında Yeni Azərbaycan, Müsavat, Demokrat partiyalarının və «Yaşıl Siyasət» təşəbbüs qrupunun seçki ilə bağlı qərarları barədə reportajlar əksini tapdı.

İlham Əliyev rəsmən Yeni Azərbaycan Partiyasının namizədi elan edildi.

Demokrat və Müsavat partiyaları seçkilərə qatılmamaq barədə qərar verdilər. Demokrat Partiyası qərarı verdikdən sonra məzuniyyətə çıxıb.

«Yaşıl siyasət» qrupunun namizədi Mais Güləliyev seçki platformasının ekoloji, sosial məsələlərdən ibarət olduğunu açıqladı.

«Azərbaycan Naminə» İctimai Forumun sədri, seçkidə iştirak qərarını vermiş Eldar Namazov Müsavat və ADP-nin qərarına hörmətlə yanaşdığını, lakin müxalifətin seçkidə iştirakının tərəfdarı olduğunu bildirdi.

Politoloq İlqar Məmmədov dedi ki, müxalifət partiyalarının boykot qərarı onların uğursuz seçki hazırlığının və indiyə qədər keçirilən seçkilərdə siyasi məğlubiyyətlərinin nəticəsidir.

Ekspert Erkin Qədirli isə bildirdi ki, seçkidə iştirak barədə qərar verən namizədlərin hələ qeydə alınıb-alınmayacağı bəlli deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG