Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 13:34

Şimal rayonlarında yağıntı gözlənir


Yağış

Avqustun 9-da Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, gündüz onun cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-23, gündüz 27-30, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti proqnozlaşdırılır.

Avqustun 9-da ölkənin əksər bölgələrində də havanın, əsasən, yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı, yağıntının ayrı-ayrı yerlərdə leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG