Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Özbəkistanda 'antisaqqal kampaniyası' davam edir


Özbəkistanın şərqindəki Anqren şəhərində polis onlarla mömin müsəlmanı saqqalarını qırxmağa məcbur edib.

Özbəkistanda tez-tez baş verən belə hallar zaman-zaman insan haqları təşkilatları tərəfindən pislənir.

Bir şəhər sakini AzadlıqRadiosuna deyib ki, səhər saatlarında onu polis idarəsinə çağırıblar. Burada onu və başqa çağırılanları saqqallarını qırxmağa məcbur ediblər:

“Polis xəbərdarlıq etdi ki, saqqallarımızı özümüz qırxmasaq, onlar zorla qırxacaqlar. Onlar saqqallarımızı qırxandan əvvəl və sonra şəkillərimizi çəkdilər”.

Həmin sakin deyib ki, Özbəkistanda antisaqqal kampaniyası artıq illərdir davam edir:

"Polisə çağırılanların və saqqalları qırxılanların hamısı mömin müsəlmanlardır. Biz buna etiraz edib saqqalı qadağan edən qanunun bizə göstərilməsini tələb edəndə polis bizə dedi: Sizin saqqallarınız başqalarınkından fərqlidir. Onlar saqqallarını qırxmaq istəməyənlərin polisə müqavimət ittihamı ilə saxlanacaqları ilə hədələdilər…”

AzadlıqRadiosunun yerli müxbirləri Anqren polis idarəsi ilə əlaqə yarada bilməyblər.

Uzun kampaniya

Özbəkistanda uzun saqqalların zorla qırxdırılmasına dair faktlar çoxdan məlumdur.

Hakimiyyət bunu İslam ekstremizmi ilə mübarizə kampaniyası kimi qələmə verir.

Ötən ay internetdə yayılan videolarda Özbəkistanın Namanqan şəhərində bir polis zabitinin tabeçiliyindəkilərə saqqallıları saxlamaq əmri verdiyi görünürdü.

Burada da saqqalların qırxılması video və fotoya çəkilərək sənədləşdirilirdi.

Hakimiyyət orqanları belə xəbərləri adətən təkzib edir.

Bu bəzən belə izah edilir ki, bəzi adamlardan saqqallarının pasportdakı fotoşəklə uyğun hala salınması tələb olunur.

Saqqal məsələsi ABŞ hesabatına da düşüb

Daşkənddə mənzillənmiş Ezgulik insan haqları qrupunun sədri Abdurraxman Taşanov AzadlıqRadiosuna deyib ki, onun təşkilatı mömin müsəlmanların saqqallarının zorla qırxılmasına dair faktları sənədləşdirir:

"Saqqal saxlamaq hər bir insanın şəxsi seçimidir və kiminsə saqqalına görə təqib olunması düzgün deyildir. Lakin bizim ölkəmizdə saqqal İslam radikalizminin nişanəsi kimi başa düşülür və saqqallı insanlara qərəzli münasibət göstərilir”.

İki il bundan əvvəl Fərqanə şəhərinin qubernatoru Şuxrat Qaniyev bir yerli fermerə saqqalına görə kredit verməkdən imtina etmişdi.

2016-cı ildə isə Buxara şəhərində saqqallı azarkeşləri stadiona buraxmamışdılar. Onlara demişdilər ki, matça tamaşa ertmək üçün saqqallarını qırxıb gəlməlidirlər.

ABŞ Dövlət Departamentinin ötən ilin iyun ayında dərc edilmiş hesabatında deyilirdi ki, Özbəkistan müsəlmanları saqqallarını qırxmağa məcbur etməklə və hicabın idarə və məktəblərdə qadağanı ilə dindarların dini azadlığını məhdudlaşdırır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG