Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 09:41

Özbəkistanda yeni ‘saqqal əməliyyatı’ başlanıb


Saqqallı özbək müğənni

Özbəkistanın şərqindəki Namangan şəhərində bazarda işləyənlər deyirlər ki, ticarətçilərə və bazara gələnlərə saqqallarını qırxmaq üçün təzyiq olunur.

Satıcıların deməsinə görə, özlərini hüquq-mühafizə əməkdaşları kimi təqdim edərək sənəd göstərən mülki geyimlilər sentyabrın 22-dən Çorsu kənd təsərrüfatı malları bazarında reyd keçirir, saqqallı kişiləri saxlayırlar.

Məmurlar saqqallıları polis məntəqəsinə apararaq üzlərini qırxdırır. Bəzi hallarda onlar saqqallı şəxslərə sadəcə xəbərdarlıq edir, yaxud bazar administrasiyasına deyirlər ki, satıcıları saqqalı qırxmaq üçün dilə tutsun.

Satıcılar isə saqqalı İslam dininə uyğun saxladığını deyirlər.

Məsələyə yerli rəsmilərdən şərh almaq mümkün olmayıb.

Bir ay öncə paytaxt Daşkənddə polis bazarda onlarla kişini saxlayaraq saqqallarını qırxıb buraxmışdı. Bu, böyük rezonans doğurmuşdu.

Daşkənd polisi isə ittihamlara belə cavab verirdi ki, bu, təhlükəsizlik səbəbiylə edilib, kişilərin biometrik pasportdakı şəkillərinə oxşamaları üçün saqqallarının qırxılması istənilib. https://iibb.uz/uz/news/prinuditelno-borody-nikto-ne-sbrival-i-sbrivat-ne-budet
2016-cı ildə hakimiyyətə gələn Prezident Shavkat Mirziyoev 30 milyonluq ölkədə din azadlığına məhdudiyyətləri yüngülləşdirmək istiqamətində bəzi addımlar atıb. Ancaq yenə də Özbəkistanda din sərt şəkildə hakimiyyət tərəfindən tənzimlənir.

Məktəblərdə və idarələrdə hicaba qadağanın qaldığı bildirilir. 1998-ci ildə qəbul olunmuş qanun ictimaiyyət arasında dini geyimi yasaqlayır, təkcə din xadimlərinə belə bir icazə var.

Polisin uzun saqqallı kişiləri saxlamasına dair tez-tez məlumatlar gəlir. Rəsmiləri isə bunu radikal islamla mübarizə cəhdi kimi təqdim edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG