YAYIM CƏDVƏLİ
14-24
Gənclər üçün xüsusi verilişdə: Okeanın o tayından gələn qonağımı maraqlı edən nəinki onun apardığı tədqiqatdır, həm də onun əslən amerikalı olduğu halda Azərbaycan dilində bizə müsahibə verməsidir. Həmsöhbətimiz Joshua Noonan Nebraska ştatı, Omaha universitetinin diplomlu mütəxəssisi, Fulbrayt proqramının 2009-2010-cu illər üzrə təqaüdçüsüdür. Joshua Azərbaycan və Gürcüstanda yaşayan azərbaycanlıların Siyasi İştirak Məsələlərinə Münasibətinin Müqayisəsini aparıb. Bu tədqiqatdan nələr üzə çıxıb? Verilişi dinləyin.
İşdən sonra - 1. «Azadlıq» bloku niyə israr edir? 2. Jurnalistlər Eynulla Fətullayevə görə toplandılar
1. «Azadlıq» bloku niyə israr edir? Qonaqlar: AXCP sədrinin müavini Həsən Kərimov və YAP üzvü, Milli Məclisin İnsan Haqları Komitəsinin sədr müavini Yevda Abramov 2. Jurnalistlər Eynulla Fətullayevə görə toplandılar Toplantı haqda redaktorlar Elçin Şıxlı və Rauf Arifoğlu danışacaq Ətraflı məlumatı burada tapmaq olar