Ağdam rayonu Zəngişalı kənd sakini Gülnarə Həsənova deyir, ötən il 44-günlük müharibə zamanı evinə düşən mərmi onu yaşamaq üçün yararsız hala salıb.
Keçən il Azərbaycanla müharibədə 3700-dən çox hərbçi, xeyli sayda hərbi texnika itirmiş Ermənistan öz ordusunu yeniləməyə başladığını elan edib.
Azadlıq Radiosunun erməni xidmətinin Kəlbəcərlə sərhədə yaxın Norabak kəndindən reportajı. "Əliyevə qalsa, Yerevan da onun babasının evi olub"
2015-ci ildə neftin qiyməti kəskin ucuzlaşdığından hökumət qeyri-neft sektorunun inkişafına görə tədbirlər görməyə başladı. Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli hesab edir ki, dövlətin bu sahəyə yatırım etməsi əvvəldən yanlışdır. Ekspertin fikrincə, bu, kəndlini tələyə salmaqdır.
Aşura mərasimləri Azərbaycanda artıq ikinci ildir ki, pandemiya qadağaları şəraitində keçirilir.
Al Jazeera telekanalı hələ iki ay qabaq, Taliban hələ Əfqanıstanda hakimiyyəti ələ almamış yazırdı ki, İslam dünyasında lider olmaq iddiasında olan Türkiyə Amerika Əfqanıstanı tərk edəndən sonra orada ən nüfuzlu qüvvəyə çevrilə bilər,
Həkim Vasif İsmayıl deyir ki, indi səhiyyənin üzləşdiyi başlıca problem kadr çatışmazlığıdır. Əksər həkimlər, xüsusən də bu sahədə artıq təcrübəsi olanlar koronaviruslu xəstələrlə işləməkdən imtina edir...
Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan regional əməkdaşlıqla bağlı işçi qrupun fəaliyyətini bərpa edib.
Tarixi 200 il əvvələ gedib çıxan Şəkinin Xan sarayının yaxınlığında yerləşən Şəki ”Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunun ərazisindəki evlərin əksəriyyətinin elə 100 dən çox yaşı var
Azərbaycan 44 günlük Qarabağ müharibəsində 3 minə yaxın əsgər və zabitini itirib, son rəqəmlərə görə 7 hərbçi hələ də itkindir. Onların yaxınları aylardır qurumlaırnı qapı-qapı gəzib, övladlarının tapımasını tələb edirlər
Narkotik və içki aludəçisi olan ər zorakılığı, səksəkə içində keçən ömür Gülnarəni əldən salıb. O deyir ki, dəfələrlə polisə və Sumqayıt rayon İcra Hakimiyyətinə müraciət etsə də, heç bir faydası olmayıb.
Müharibədən sonra Qaragölün ətrafında gərginlik artır. Qaragöl Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Sünik vilayəti arasında yerləşir.
Davamı