Ermənistan mediasında yayılan xəbərlərə görə, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı sənəd imzalanması gözlənir. Amma bu sənədin detalları ictimaiyyətə açıqlanmayıb. Azərbaycan rəsmiləri ümumiyyətlə yayılan bu xərələri nə təsdiq, nə də təkzib edib.
Laçının Ermənistanla sərhəd kəndlərində erməni sakinlər köçə məcbur olduqlarını deyirlər
"BioNTech" şirkətinin icraçı direktoru Uğur Şahin bildirib ki, peyvənd vurulmuş insanlardan götürülən qan analizinin nəticələri "Pfizer-BioNTech"in yaratdığı anticismin bu virusun Hindistan variantını da neytrallaşdırdığını göstərib.
Hərbi ekspert Cəsur Sümərinli: 'Azərbaycan heç vaxt Başkəndin qaytarılmasına razı olmamalıdır'.
İşığın tez-tez kəsilməsindən bezən qubalı fermer İldırım Məmmədov məsələni kökündən həll etmək üçün bir neçə inəyini satıb və günəş panelləri quraşdırıb.
Avropa Birliyinin rəsmisi Helena Dalli deyib ki, Azərbaycanın bütün erməni məhbusları azad etməsi inam və etimad yaratmaq üçün vacibdir və mühüm bir siyasi jest olardı.Digər deputatlar da tərəfləri atəşkəsin şərtlərinə əməl etməyə çağırıblar.
Amerikalı ekspert Moskvanın sərhəd məsələsində Bakı ilə Yerevan arasında vasitəçiliyinin Orta Asiya respublikalarında olduğu kimi bitib-tükənməyən sərhəd mübahisəsinə çevrilə biləcəyini deyir.
Sizcə, hazırda Azərbaycanda ən nüfuzlu işlər hansılardır?
Qızların erkən ərə getməsinin səbəbi: Şəmkirdən reportaj.
Tanınmış memar Şuşa məscidi layihəsini sərt tənqid edir
Azərbaycanın hələ də əməl etmədiyi tövsiyyələr var. Söhbət Avropa Şurasının antikorrupsiya orqanı olan GRECO-nun tövsiyyələrindən gedir. Sözügedən qurum mayın 19-da Azərbaycanda tövsiyələrin icrasıyla bağlı hesabatını açıqlayıb.
Davamı