Rusiyanın Ukraynaya təcavüzündən 75 gün keçir. Bəzi proqnozların əksinə olaraq Rusiya bu müddət ərzində nəinki Ukraynanı, hətta Donbası tam işğal edə bilməyib.
Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Naftali Bennetlə telefon söhbətində Rusiya xarici işlər naziri Sergey Lavrovun bugünlərdə yəhudilər və antisemitizm barədə verdiyi bəyanatlara görə üzr istəyib.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov İtaliyanın "Mediaset" telekanalına müsahibəsində Adolf Hitlerin yəhudi kökənli olmasını istisna etməyib. İsrail Xarici İşlər naziri Yair Lapid Lavrovdan işlətdiyi ifadəyə görə üzr istəməyi tələb edib.
Rusiyanın İstintaq Komitəsi "Nə? Harada? Nə zaman?" teleşousunun keçmiş iştirakçısı Rövşən Əsgərova qarşı nasizmə haqq qazandırılması ittihamı üzrə cinayət işi açıb. O, Sovet İttifaqı marşalı Jukovu təhqir etməkdə ittiham olunur.
Bakıda motosiklet sürücüsünü vuraraq təhqir edən Sultan Dadaşovun xuliqanlıq maddəsi ilə 25 sutka həbs olunduğu bildirilir.
"...gözlərimi açıb məni təhqir etməyə başladılar, tələb etdilər ki, Daxili İşlər naziri Vilayət Eyvazovla bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim". Oğurlanaraq təhqir olunduğunu bildirən ictimai fəal Bəxtiyar Hacıyevə söz verilib ki, onu oğurlayanlar tapılacaq.
2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunur.
Bakıda məşhur bloqer Hüseyn Həsənovun izləyiciləri ilə görüşündə izdiham yaşanıb. İzdihamda zorakılıq halları müşahidə olunub.
Rusiya Qara dəniz hərbi donanmasının əsas gəmisi - "Moskva” raket kreyseri batıb.
Ukraynaya hücum edən Rusiya hərbi texnikasının üzərinə "Z" hərfi yazılır. Ukrayna yüzlərlə tankın vurulduğunu iddia edir.
27 ildir Mərkəzi Bankın rəhbəri olan Elman Rüstəmov vəzifəsindən azad edilir.
Rusiyanın BMT-nin İnsan Haqları Şurasından çıxarılması ilə bağlı səsvermə keçirilib. Bəzi ölkələrin nümayəndələri səsvermədə iştirak etməyib.
Davamı