1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun əsgərləri şəhəri işğaldan azad etdilər. Bundan iki gün sonra isə Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.
İranın Şərqi Azərbaycan vilayətinin paytaxtı. Əhalisinin sayına görə İran Azərbaycanının ən böyük şəhəridir. Rəsmi statistikaya görə, şəhərdə 1,7 milyon insan yaşayır.
İslam Karimovun ölümündən iki il sonra keçmiş prezident sarayı muzey kimi fəaliyyətə başlayıb. Muzeydə İslam Karimovun portretləri sərgilənir.
Almaniya kansleri Angela Merkel avqustun 23-dən 25-ə kimi Cənubi Qafqazda, Tbilisi, Yerevanda və Bakıda səfərdə olub.
Bu gün, avqustun 22-də Azərbaycan müsəlmanları Qurban bayramını qeyd edirlər. Artıq səhər saatlarından ölkədəki məscidlərdə bayram namazları qılınıb
Ötən əsrin 80-ci illərin sonunda başlanmış Azərbaycan xalqının azadlıq hərəkatının liderlərindən biri, ölkənin ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından 18 il ötür.
«Azadlığa çıxmağımda Azərbaycandakı cümhuriyyətçilərə və bütün beynəlxalq tərəfdarlarımıza minnətdaram». Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə bu gün, avqustun 13-də azadlığa buraxılan REAL Partiyasının sədri İlqar Məmmədov Bakıdakı evinin qarşısında jurnalistlərə belə deyib
10 il əvvəl Gürcüstan ordusu separatçı Cənubi Osetiya bölgəsi üzərində nəzarəti bərpa etməyə cəhd etdi. Rusiya bunun qarşısını almaq üçün separatçların köməyinə gəldi.
"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb. Ağdam təmsilçisi II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Albaniyanın "Kukesi"ni qəbul etdi. Səfərdə baş tutan ilk matçda qolsuz heç-heçə edən "Qarabağ", Bakıda rəqibini üstələyib - 3:0. Azərbaycan çempionunun qollarını 24 və 57-ci dəqiqələrdə penaltidə Dani Kintana, 89-cu dəqiqədə isə Con Delarj vurub.
Şamaxı şəhərinin 48-ci məhəlləsi adlanan yerdə-sürüşmədən fotolar
Marafona 10 mindən çox adam gəlib.
Martın 31-də müxalifət Bakıda mitinq keçirdi. Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyasının mitinqi icazəli olub. Mitinq zamanı aksiya iştirakçılarının başı üzərində dron dövr edib. O, binaların üzərindən idarə edilib. Amma kimə məxsusluğu bilinmir.
Davamı