Bu barədə rəsmi məlumatı aprelin 10-da Ermənistan XİN yayıb. Məlumatda görüşdən imtinanın səbəbi göstərilmir.
Dövlət Sərhəd Xidmətindən bildirildiyinə görə, aprelin 10-da Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsi ərazisində Ermənistan istiqamətindən 2 nəfərin dövlət sərhədini pozduğu aşkar olunub.
Aprelin 9-da NİDA Vətəndaş Hərəkatının üzvü, jurnalist İsmayıl Tağıyevin Bakı şəhər Baş Polis İdarəsində şahid qismində dindirildiyi bildirilir.
Azərbaycan Dövlət Statistika Komitəsi bildirir ki, 2024-cü ilin martında 2023-cü ilin eyni dövrü ilə müqayisədə inflyasiya 0.4 faiz olub.
Səfir postuna "Politico" qəzetində "Thales" şirkətinin (Fransa) radar istehsal etməsi ilə bağlı məqaləyə keçid də əlavə edib.
O Rusiyanın KTMT-dəki daimi nümayəndəsi vəzifəsinə 2021-ci ilin sentyabrında təyin edilmişdi
Keçmiş sovet dissidenti Levan Berdzenişvili hesab edir ki, hakimiyyət hiylə gəlir və bu qanunu avtokratik rejimin bərqərar edilməsi üçün ilk addım kimi hazırlayıb.
Rusiya teleqram kanalları yazıblar ki, dronlar Voronej vilayəti Borisoqlebsk şəhərində uçuş heyətlərinin hazırlanması üçün Çkalov adına aviasiya mərkəzini hədəfləyiblər
Bəyanatda deyilir ki, bu silahlar Ukraynaya onun Rusiya təcavüzünə qarşı mübarizəsində istifadə üçün verilib və tam bir briqadanın silahlandırılması üçün yetərlidir
Reuters yazır ki, dron hücumları nəticəsində Rusiyada neftin ilkin emalının istehsal gücünün 14 faizi sıradan çıxarılıb
2023-cü ildə Yer atmosferində qlobal istiləşməyə kömək edən istixana qazlarının - karbon qazı, metan və azot oksidin konsentrasiyası müşahidələr tarixində yenidən rekord səviyyəyə çatıb.
Ötən il Hesablama Palatası 562.5 milyon manatlıq maliyyə pozuntusu aşkar edib.
Davamı