Yerevanda avtobus sürücüləri tətil edib

Yerevan, 12 dekabr, 2021-ci il

Meriyanın məlumatına görə, hazırda ictimai nəqliyyatda işləyən sürücülərə ayda vergiləri çıxmaqla, 15 iş günü üçün 260 min drama yaxın maaş verilir

Dekabrın 13-də Yerevanda bir neçə avtobus marşrutu sürücüsü işə çıxmayıb. Onlar səhərdən Crveca avtovağzalına yığışaraq maaşlarının artırılmasını, iş şəraitlərinin yaxşılaşdırılmasını tələb ediblər. Sürücülər ölkədə qiymətlərin artması nəticəsində gəlirlərinin azaldığını vurğulayıblar.

“Əvvəl planla işləyəndə aylıq gəlirim 350 min dram (700 dollara yaxın) olurdu, indi isə gəlirim azalıb”, – sürücülərdən biri AzadlıqRadiosunun Ermənistan xidmətinə (Azatutyun) deyib.

Buna da bax: Bakı Yerevanı sülh quruculuğuna əngəl törətməkdə günahlandırır

O, hazırda şəhər hakimiyyəti təmsilçiləri ilə qapalı görüş getdiyini bildirib.

Yerevan meriyası isə ictimai nəqliyyatın bəzi sürücülərin boykotu nəticəsində işləmədiyini bildirib. Meriya sürücülərin bu addımını “sabotaj” adlandırıb, “qəbuledilməz” olduğunu, nəticə verməyəcəyini qeyd edib.

Buna da bax: 'Gələcək pandemiyaya' hazırlıqda Azərbaycan 100-cü, Ermənistan 16-cıdır

15 gün üçün 260 min dram

Meriyanın məlumatına görə, hazırda ictimai nəqliyyatda işləyən sürücülərə aylıq vergiləri çıxmaqla, 15 iş günü üçün 260 min drama yaxın maaş verilir.

Sürücülər əvvəlki “plan”, yəni minimum əməkhaqqı və sərnişinlərdən yolpulu almaq sisteminə qayıtmağı təklif edirlər. Yerevan meriyası isə nəqliyyatda islahatlar məsələsində qəti mövqedə olduğunu, “keyfiyyətli xidmət və qanuni fəaliyyət üçün davamlı addımları davam etdirəcəyini” bildirib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistan itkilərini açıqladı, 6 əsgər ağır durumda

Şəhər hakimiyyəti vəziyyətin düzəlməsi, nəqliyyatın normal işinin bərpası üzərində işlədiklərini bildirib.

Meriya təmsilçiləri ilə görüşdən sonra sürücülər tətili dayandıraraq işə başlayıblar.