Fövqəladə Hallar Nazirliyi (FHN) avqustun 4-də Xırdalan şəhərində yerləşən beşmərtəbəli bınalardan birinin üçüncü mərtəbəsində baş verən partlayışla bağlı növbəti məlumat yayıb.
Məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, partlayış ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib:
“Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.”
Açıqlamada araşdırmaların davam etdiyi vurğulanır.
Xırdalanda binada partlayış olub
Avqustun 4-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli binalardan birinin üçüncü mərtəbəsində partlayış baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) də bildirilib ki, partlayışla əlaqədar Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.
Buna da bax: Partlayışda xəsarət alanlardan biri də ölübQurumdan açıqlamaya görə, hadisə nəticəsində ümumilikdə 4 nəfər xəsarət alıb: "İlkin məlumata görə, iki nəfər baş, boyun, hər iki yuxarı, aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır stabildir".
TƏBİB-dən qeyd olunub ki, hadisə nəticəsində yaralanan digər 2 nəfərdən 1-i barotravma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb: "1991-ci il təvəllüdlü bir nəfər isə natamam yanıq məhsullarıyla zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Xəsarət alanların hər biri kişidir".
Buna da bax: Məmur və ailəsinin ölümünə görə 'Azəriqaz'a 1 milyon 200 minlik cəzaPartlayışa səbəb nədir?
Azəriqaz İstehsalat Birliyindən isə deyilib ki, Xırdalanda yaşayış binasında partlayışın qaz sızmasından baş verməsi mümkündür: "İlkin məlumata görə, Xırdalanda yaşayış binasında partlayış zamanı xəsarət alanlardan ikisi mənzildə təmir işləri aparan ustalar olub. Lakin bu ehtimaldır. Tam məlumat araşdırmalar başa çatdıqdan sonra olacaq. Buna görə də, hələlik, bizdə əsaslı məlumat yoxdur".
Qeyd olunub ki, binaya təbii qazın nəqli tam dayandırılıb.
Qurumdan vurğulanıb ki, hadisə ilə bağlı müvafiq orqanlar araşdırmalara başlayacaqlar: "Ola bilər, hadisə qaz sızmasından baş versin. Çünki təmir işləri gedən zaman sakin özü mənzildə olmayıb. Evdə ustalar olub. Qonşuların və ustaların verdiyi məlumata əsasən bu ehtimal mümkündür. Mənzilin təmir edilməsi ilə bağlı “Azəriqaz" İstehsalat Birliyinə hər hansı məlumat verilməyib ki, qazın verilməsi dayandırılsın ”.
Buna da bax: “Günəşli” yanğını ən fəlakətli qəzaların ilk onluğuna düşür- [video]Fövqəladə Hallar Nazirliyindən isə qeyd edilib ki, Xırdalanda partlayış baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir:
“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilib. Binanın sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir”.
Qeyd olunub ki, binaya və ərazidəki avtomobillərə dəyən zərər araşdırılır.
Hadisə ilə bağlı mənzilin sahibi ilə isə danışmaq mümkün olmayıb.