Keçid linkləri

2024, 12 İyul, Cümə, Bakı vaxtı 22:37

Partlayışda xəsarət alanlardan biri də ölüb


Bakıda gecə klubunda partlayış olub
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Bakıda gecə klubunda partlayış olub

Bakıda aprelin 3-də Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan bir nəfər - 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva dünən, aprelin 6-da vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, F.Eynullayeva 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri idi.

Hadisə nəticəsində ümumilikdə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, iki nəfər vəfat edib.

Hazırda tibb müəssisələrində ümumilikdə 12 nəfərin müalicə aldığı qeyd edilir. Onlardan dörd nəfərin reanimasiyada saxlandığı vurğulanır.

Partlayişa görə cinayət işi başlanıb: İlkin ehtimal…

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aprelin 3-də Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış ilə bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-…) maddələri ilə cinayət işi başlanılıb.

Açıqlamaya görə, hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub: "Hazırda araşdırma aparılır".

Bu açıqlamaya, hələlik, gecə klubunun rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Yarlıların durumu

Bu partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib.

Bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Məlumatda qeyd edildiyinə görə, hazırda xəstəxanalarda hadisə nəticəsində xəsarət alan 16 nəfər var. Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir.

Açıqlamaya görə, reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir.

İki nəfər xarici vətəndaşdır

"Baş vermiş partlayış zamanı xəsarət alanlardan iki nəfər xarici ölkə vətəndaşıdır. İtaliya vətəndaşı üz-çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir. Seneqal vətəndaşı isə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir".

+++

Aprelin 3-də Bakının mərkəzində, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda partlayış baş verib. Hadisə şahidləri AzadlıqRadiosuna ölən və yaralananların olduğunu deyiblər.

"Yaxınlıqda yaşayıram, partlayış səsindən bura gəldim. Hər yer dağınıq idi, xeyli maşına zərər dəymişdi. İçəri keçib yaralılara kömək etmək istədim, amma polislər qoymadı, xeyli insan xəsarət alıb, ölənlər də vardı", –hadisə baş verən əraziyə yaxın yerdə yaşayan paytaxt sakini bildirib.

Fövqəladə Hallar Nazirliyi gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyini, obyekt daxilində uçqun olduğunu qeyd edir.

"Partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib. Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb", –"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev mediaya açıqlamasında bildirib.

Baş Prokurorluğun məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG