Prezidentin verdiyi 200 manat kasıba çatacaqmı?
Sizin brauzer HTML5-i dəstəkləmir
Prezident İlham Əliyev dekabrın 22-də sərəncam verib ki, ünvanlı sosial yardım alan ailələrə Yeni il qabağı 200 manat birdəfəlik yardım edilsin. Bunun üçün 15 milyon 300 min manat ayrılır. Amma yardımın təyin edilməsi özü uzun illərdir ki, müzakirə mövzusudur.