Ukrayna sülh danışıqlarında fasilə. Nə gözləməli?

Volodimir Zelenski

ABŞ diqqəti İranla münaqişəyə verdiyindən Ukrayna sülh danışıqları az qala dayanıb. İndi ukraynalılar və müttəfiqləri diplomatiyada və cəbhədə nə baş verəcəyini götür-qoy edirlər. Rusiyanın təcavüzkar müharibəsi artıq beşinci ilə keçib.

Kiyev və Moskva martın 12-də Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların təxirə salındığını açıqlayıblar.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, danışıqları planlaşdırmaq çətinləşib, çünki ABŞ rəsmilərinin iştirak edib-etməyəci aydın deyil.

Diqqət Yaxın Şərqdədir

Hazırda Donald Tramp administrasiyası böyük resursları İranla münaqişəyə yönəldir, havadan müdafiə sistemlərinin, Körfəzdəki digər hərbi aktivlərin yerini dəyişir.

Bəs görəsən, Ukrayna müvəqqəti də olsa strateji prioritetlərdən siyahısından çıxa bilərmi?

AzadlıqRadiosunun müxbiri Aleks Raufoğlu Vaşinqtonda bu məsələ ilə bağlı narahatlıqdan yazır.

Martın 12-də senatın silahlı xidmətlər komitəsində senatorlar sual ediblər ki, Yaxın Şərq böhranı dolayısı ilə Rusiyanın əlini möhkəmləndirə bilərmi.

“Aşkar qalib Rusiyada Vladimir Putindir”, – Meyn ştatlndan müstəqil senator Anqus Meyn deyib.

Hərbi rəsmilər isə strateji kompromislərdən danışıblar.

Sizin brauzer HTML5-i dəstəkləmir

ABŞ İranda doğrudanmı qələbə qazanır?

İranın dron və raketləri ABŞ qüvvələrini və regional müttəfiqləri təhdid etdiyindən hava hücumundan müdafiə imkanları da daxil bəzi resurslar Yaxın Şərqə yönləndirilib. Bunu ABŞ-ın Avropa Komandanlığının rəhbəri, NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı Aleksus Q. Qrinkeviç konqresmenlərə deyib.

“Hər zaman təhlükəsizlik yardımı göstərə biləcəyimiz həcmdə qlobal kompromislər olur”, - Qrinkeviç deyib. Onun sözlərinə görə, Ukraynaya dəstəyin səviyyəsi sonucda Ağ ev və Konqres üçün siyasi qərardır.

Hərbçi böhranla bağlı neftin bahalanmasının da Moskvaya fayda verə biləcəyini deyib.

Bu arada neftin bareli 100 dolları keçib, Tramp administrasiyası martın 12-də Kremlə qarşı sanksiyaları yumşaldıb, 30 gün ərzində dənizdə qalan Rusiya neftinin alışına icazə verib.

Bəzi təhlilçilərin fikrincə, qlobal neft qiymətləri yüksək qalarsa, yaxın həftələrdə daha çox istisna və güzəştlər gözləyirlər.

Fasilə, ya son?

Bir neçə respublikaçı administrasiyası dövründə Ukraynada xidmət etmiş keçmiş ABŞ diplomatları diqqətin dəyişməsini böyük ehtimalla müvəqqəti sayırlar.

Corc Buş administrasiyası və Trampın ilk prezidentliyi dövründə Kiyevdə ABŞ səfiri olmuş Uilyam B. Teylor AzadlıqRadiosuna müsahibəsində deyib ki, hazırda ABŞ administrasiyasının İran münaqişəsinə üstünlük verməsini gözləmək realdır.

“Amma İran əməliyyatı başa çatdıqdan sonra Putini qətlləri dayandırmağa məcbur etməyə yönəlik cəhd onlar üçün çox vacib olacaq ki”, – Teylor deyib.

Keçmiş səfirin fikrincə, ABŞ hələ də Moskva üzərində ciddi təsir imkanlarına malikdir. Rusiyanın enerji ixracına yenilənmiş sanksiyalar, Ukraynaya hərbi dəstəyin genişləndirilməsi döyüşləri dayandırması üçün Kremlə təzyiq yarada bilər.

“Putin atəşkəs sazişi imzalamayacaq. Amma o, qətlləri dayandırmağa məcbur edilə bilər”, – Teylor vurğulayıb.

Rusiya müttəfiqlərini itirirmi

Daha bir keçmiş səfir Yaxın Şərqdəki böhranən Moskvanın strateji mövqeyini zəiflədə biləcəyini deyir.

Corc Buşun prezidentliyi dövründə ABŞ-nin Ukraynadakı səfiri olmuş Con E. Herbstin sözlərinə görə, İranla münaqişə hazırda Vaşinqton üçün əsas təhlükəsizlik məsələsidir.

“Bu, çox sadədir. Hazırda bir nömrəli məsələ İranla müharibədir”, – Herbst deyir və Ukrayna üçün mümkün üstünlükləri də vurğulayır.

Rusiyanın uzun müddətdir Ukraynada istifadə etdiyi İran istehsalı dronlar indi Yaxın Şərqdə ABŞ və müttəfiqlərinə çətinliklər yaradır. Bu isə diqqəti Ukraynanın bu sahədəki təcrübəsinə yönəldib.

“İndi dünya ciddi şəkildə Ukrayna dronlarının nə qədər yaxşı olmasından danışır”, – Herbst vurğulayır.

O, artıq Körfəz regionundakı bəzi ölkələrin Ukraynanın dron texnologiyalarını, müdafiə sistemlərini araşdırmağa başladığını söyləyir.

Ukraynanın dron təcrübəsi

Ukrayna artıq bu üstünlüyünü qabarda bilib. Prezident Volodimir Zelenski ölkəsinin dronlarla mübarizə təcrübəsini ABŞ və müttəfiqləri ilə bölüşməyi təklif edib. Bu dəstək isə Vaşinqtonda siyasi çəkiyə malikdir.

“Ukrayna həqiqətən Birləşmiş Ştatlara, Yaxın Şərqdəki müttəfiqlərimizə və tərəfdaşlarımıza kömək edir”, – Herbst deyib.

Yaxın Şərq böhranı Rusiyanın Vaşinqtonla əlaqələrini də çətinləşdirə bilər. Bugünlərdə ABŞ və müttəfiq kəşfiyyat agentlikləri bildiriblər ki, Moskva İrana regiona hücumları üçün informasiya və texnologiya ötürə bilər. Kreml iddiaları rədd edib.

İndilik, təhlilçilər deyirlər ki, Ukrayna qeyri-müəyyənlik dövrü ilə üzləşib.

Döyüş davam edir, Rusiya iqtisadiyyatı uzunmüddətli münaqişəyə səfərbər olub, ABŞ-nin diplomatik diqqəti ilə İrana yönəlib.

Keçmiş diplomatlar isə danışıqlarda fasilənin diplomatiyanın növbəti mərhələsini yalnız yubada biləcəyi qənaətindədir.