'Guya Əli Kərimliyə 850 min göndərib' – keçmiş mühafizəçi tutuldu, Bakıya verilə bilər
Sizin brauzer HTML5-i dəstəkləmir
AXCP fəalı, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Bəhruz Həsənli barəsində Ukrayna məhkəməsi 40 günlük həbs qətimkan tədbiri seçib. Ukraynada yaşayan azərbaycanlı həkim Cavanşir Əhmədov bu cinayət işini "absurd" adlandıraraq bildirib: "İttihama görə, guya o, 850 min avro məbləğində vəsait toplayaraq Azərbaycana – Əli Kərimliyə göndərib. Halbuki Bəhruz bazarda çalışır, maşınla yük daşıyır və olduqca sadə bir həyat sürür. Onun cibində heç iki-üç min avro nağd pulun olmasına inanmıram".