Yanğın söndürülüb
Dekabrın 14-də Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi ( FHN) məlumat yayıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi general Füzuli Əsədov bildirib ki, yanğınla bağlı məlumat Böhran Xidmətinə saat 17:29-da daxil olub. “Hadisə yerinə yanğınsöndürənlər təxminən 4 dəqiqəyə çatıb. Bakının başqa rayonlarından əlavə qüvvələr gətirilib. Təxminən yarım saat ərzində yanğın məhdudlaşdırılıb".
Onun sözlərinə görə, yanğın təxminən 300 kv. metr sahəni əhatə edib.
***
Bu gün, dekabrın 14-də Bakının Nəsimi rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, "112" qaynar telefon xəttinə Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub:
“Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir”,Nazirliyin saat 17-40-a olan məlumatında bildirilir.
Buna da bax: Mağazası yananlara belə güzəştlər olacaq...FHN-nin saat 18-05-də yayılan məlumatında isə qeyd edilir ki, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) baş verən yanğın 5 dəqiqə öncə məhdudlaşdırılıb.
Yanğının səbəbi açıqlanmır.
'EuroHome' bazarında yanğın baş verib
Dörd gün əvvəl, dekabrın 10-da Bakının Binəqədi rayonundakı «EuroHome» tikinti materialları bazarı ərazisində də (Xırdalan dairəsinə yaxın) yanğın baş vermişdi. Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə bazarın 5 hektar ərazisinin 2 hektarı yanıb. Bu zaman 100-dən çox mağazanın sıradan çıxdığı bildirilir.