Tramp İran iqtisadiyyatını çökdürmək istəyir. Bakı sanksiya altına düşə bilərmi?

Sizin brauzer HTML5-i dəstəkləmir

ABŞ prezidenti Donald Trampın İrana elan etdiyi “misli görünməmiş iqtisadi müharibə” Azərbaycana necə təsir edə bilər? Sanksiyaların konkret nə olacağı hələ açıqlanmasa da, Azərbaycana da təsirsiz ötüşməyəcəyi gözlənilir. Vaşinqtonda yaşayan enerji strateqi Umud Şokri AzadlıqRadiosuna belə deyib.