Mer və keçmiş baş nazir "Brekzit"lə bağlı təkrar referenduma çağırıblar

Tony Blair

London meri Sadiq Khan və Böyük Britaniyanın keçmiş baş naziri Tony Blair ölkənin Avropa Birliyinə üzvlüyü ilə bağlı daha bir referendum keçirməyə çağırıblar.

Bu barədə sentyabrın 16-də Reuters agentliyi məlumat yayıb.

Sadiq Khan sentyabrın 16-da dərc edilən məqaləsində yazır ki, hökumətin Brüsellə apardığı “Brekzit” danışıqları ətrafında qeyri-müəyyənlik, dolaşıqlıq yaranıb ki, bu ölkə iqtisadiyyatı, həyat şəraiti və məşğulluğun səviyyəsini böyük risk altında qoyur.

Sadiq Khan

Şəhər meri hesab edir ki, ona görə də “Brekzit”lə bağlı istənilən məsələdə ictimai səsvermə olmalıdır.

Keçmiş baş nazir Tony Bler də təkrar referendum çağırışını dəstəkləyib.

“Ən yaxşı cavab budur. Xalqa dönüb demək lazımdır ki, iki il yarımdır danışıqlar aparırıq. Və artıq bütün variantları bilirik. Davam etdirmək istəyir, yoxsa qalmaq istəyirsiniz? Keçmiş baş nazir sentyabrın 15-də Londonda keçirilən “Açıq gələcək festivalı”nda deyib.

Buna da bax: Britaniyalıların çoxu Brekzit-lə bağlı yeni referendumun tərəfdarıdır.

Böyük Britaniya martın 29-da Avropa Birliyini tərk etməlidir.

Amma baş nazir Theresa May hələ də Avropa Birliyi ilə danışıqları yekunlaşdıra bilməyib.

Tənqidçilər hesab edir ki, Britaniyanın Avropa Birliyindən “razılaşmasız”çıxması isə iqtisadi böhrana səbəb ola bilər.

Amma Theresa May təkrar referendum ideyasını bir neçə dəfə rədd edib.

Qeyd edək ki, Britaniya sakinləri 2016-cı ilin iyununda 52-48 faiz səs fərqi ilə Avropa Birliyindən çıxmağa səs veriblər.