Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:02

Britaniyalıların çoxu Brekzit-lə bağlı yeni referendumun tərəfdarıdır


Foto arxiv
Foto arxiv

Böyük Britaniya sakinlərinin əksəriyəti ölkənin Avropa Birliyindən çıxması ilə bağlı yeni referendum keçirilməsinin tərəfdarıdır.

Bu barədə iyulun 27-də Frans-Press agentliyi “YouGov” institutunun keçirdiyi sorğuya istinadla məlumat yayıb.

Sorğuya əsasən, britaniyalıların 42 faizi yeni referndumun tərəfdarıdır, 40 faizi isə bunun əleyhinədir.

Avropa Birliyi ilə danışıqlara rəhbərlik edən Michael Barnes, bu ərəfədə gömrük razılaşması ilə bağlı baş nazir Theresa May-in təkli f etdiyi əsas bəndləri rədd edib.

Həmin təklifdə Britaniya ilə Avropa Birliyi arasında sıx ticarət əlaqələrinin saxlanması nəzərdə tutulur.

Amma Barnes hesab edir ki, əgər Böyük Britaniya Avropa Birliyi ilə indiki ticarət razılaşmasını saxlamaq istəyirsə, onda gömrük ittifaqında qalmalıdır.

Bunu isə Theresa May istəmir.

Fransa radiosunun məlumatına görə, Theresa May istəyir ki, Avropa Birliyindən çıxdıqdan sonra, Londonun digər ölkələrlə azad ticarət razılaşması imzalamaq hüququ olsun.

Qeyd edək ki, Böyük Britaniya 2019-cu il martin sonunadək Avropa Birliyindən çıxmalıdır.

Britaniya sakinləri 2016-cı ildə ölkədə keçirilən referendum zamanı çüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

Buna da bax:"Theresa May Avropa Birliyində qalmaq təklifini rədd elədi"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG