Bayden Texas insidentini ‘terror aktı’ adlandırır

Hadisə yeri

Əkrəmin qardaşı bəyanat yayaraq girov götürülənlərdən üzr istəyib, qardaşının “mental sağlıq problemləri”ndən əziyyət çəkdiyini iddia edib

Texasda girovgötürmə hadisəsindən sonra Britaniyanın əksterror agentləri ABŞ hakimiyyəti ilə koordinasiyalı işləyir. ABŞ Prezidenti Co Bayden isə insidenti “terror aktı” adlandırıb.

FTB 44 yaşlı Malik Faysal Əkrəmin yanvarın 15-də Dallas yaxınlığındakı sinaqoqa agentlik əməkdaşları girəndən sonra “atışma” zamanı öldürüldüyünü bildirir.

10 saatadək çəkən insident zamanı dörd girov salamat azad edilib.

Buna da bax: Baş prorkurorluq rəsmisi: Qazaxıstandakı iğtişaşlarda 225 nəfər ölüb...

Terrorçuluq və antisemitizm aktı”

Britaniyanın Xarici İşlər Nazirliyi girov götürənin britaniyalı olduğunu təsdiqləyib. London polisinin məlumatına görə, əksterror əməkdaşları ABŞ hakimiyyəti və FTB-dən həmkarları ilə təmasdadır.

Filadelfiyada səfərdə olan Bayden yanvarın 16-da insidenti “terror aktı” adlandırıb.

Britaniyanın Xarici işlər naziri Liz Truss “terrorçuluq və antisemitizm aktı”nı pisləyib. Britaniyanın ABŞ-dakı səfiri Karen Piers deyib ki. Britaniya hakimiyyəti “Texas və ABŞ hüquq-mühafizə agentliklərinə tam dəstək” verir.

“Nifrət yayanlara qarşı vətəndaşlarımızın hüquq və azadlıqlarını müdafiə etməkdə ABŞ-ın yanındayıq”, – Truss Twitter-də yazıb.

Buna da bax: Amerikalı senator nə qədər gec deyil Putinə qarşı sanksiyalar təklif edir

Qardaşının bəyanatı

Əkrəmin Texasda həbsxanada olan pakistanlı neyrocərrah Aafia Siddiqiyə azadlıq tələb etdiyi bildirilir. Al-Qaeda ilə əlaqəli olmaqda şübhəli bilinən Siddiqi Əfqanıstanda ABŞ ordu zabitlərini öldürmək cəhdində təqsirli bilinib.

Əkrəmin qardaşı bəyanat yayaraq girov götürülənlərdən üzr istəyib, qardaşının “mental sağlıq problemləri”ndən əziyyət çəkdiyini iddia edib.

Buna da bax: ABŞ kiberhücuma məruz qalan Ukraynaya kömək edəcəyini deyir

Girov götürülənlərdən biri, ravvin Şarli Sitron-Uolker yanvarın 16-da mediaya deyib ki, girov götürən şəxs hadisənin sonuna yaxın “daha aqressiv olurdu, təhdidləri artırırdı”.

Bayden Filadelfiyada silahla zorakılığı dayandrımağın vacibliyindən danışıb.

“Alıcının keçmişinin yoxlanması vacibdir, ancaq küçədə kiminsə kimdənsə nəyisə almağının da qarşısını ala bilməzsən”, – o deyib.