Keçid linkləri

2024, 26 May, bazar, Bakı vaxtı 10:12

ABŞ kiberhücuma məruz qalan Ukraynaya kömək edəcəyini deyir


İllüstrativ foto
İllüstrativ foto

Avropa İttifaqının aparıcı diplomatı Jozep Borrel kiberhücumu pisləyib

Birləşmiş Ştatlar Ukraynaya “nəhəng kiberhücumun” ardınca bildirib ki, Kiyevə bu böhrandan çıxmaq üçün “əlindən gələn köməyi edəcək”.

Kiyev bildirir ki, hücum edən haker qrupları Rusiyanın kəşfiyyat xidmətləri ilə bağlı ola bilər.

Yanvarın 14-də Ukraynanın bir neçə hökumət saytını hədəfləyən kiberhücum Qərb və Rusiya arasında Ukraynaya görə gərginliyin son dərəcə artdığı vaxta təsadüf edir.

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi bildirib ki, “ilkin data” hücumun Rusiyadan qaynaqlandığını göstərir.

Bu da xəbər verilir ki, kiberhücum zamanı Ukrayna Xarici İşlər Nazirliyinin saytında ukrayn, rus və polyak dillərində yazılmış mesaj görünüb.

Mesaj ukraynalılara “qorxmalı olduqları və daha pisini gözləmələri” barədə xəbərdarlıq edib.

Ukraynada nazirlik vebsaytları kiberhücuma məruz qalıb

Ukraynada hökumət vebsaytları kütləvi kiberhücuma məruz qalıb. Bu, Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığına qoşun və hərbi avadanlıq cəmləməsi ilə bağlı Qərblə gərginliyin artması fonunda baş verir.

Məlumatı yanvarın 14-də Ukraynanın Təhsil Nazirliyi Facebook səhifəsində yayıb.

“2022-ci il, yanvarın 13-dən 14-nə keçən gecə qlobal hücumla əlaqədar Təhsil və Elm Nazirliyinin rəsmi vebsaytı müvəqqəti bağlanıb”, – qurum bildirib.

Avropa İttifaqının aparıcı diplomatı Jozep Borrel kiberhücumu pisləyib, blokun uyğun komitələrinin Kiyevə kömək məsələlərini müzakirə edəcəyini deyib.

Xəbərdarlıq

Kiyev kiberhücum nəticəsində hər hansı hökumət vebsaytının kontentinin dəyişmədiyini, personal datanın oğurlanmadığını bəyan edib.

Hökumət bir sıra vebsaytların hücumun digər resurslara yayılmasını önləməkdən ötrü bağlandığını, hücuma məruz qalmış dövlət resurslarının əsasən bərpa olunduğunu açıqlayıb.

Kiberhücum vaxtı Ukrayna Xarici İşlər Nazirliyinin vebsaytında ukraynaca, rusca və polyakca ukraynalılara “qorxun və daha pisini gözləyin” xəbərdarlığı peyda olub.

Bəzi vebsaytlarda bu 3 dildə çıxan mətndə isə ukraynalıların internetə yüklənmiş bütün məlumatlarının ictimaiyyətə açıqlandığı yazılıb.

Hücuma görə məsuliyyəti götürən olmayıb. Amma Moskvaya bağlı rusiyalı hakerlər indiyədək Ukraynanın hökumət vebsaytları və infrastrukturuna kiberhücumlarda ittiham olunublar.

Qərbin ittihamları

Qərb Rusiyanı son həftələr Ukraynanın şərq sərhədinə tank, artilleriya, 100 minədək əsgər cəmləməkdə suçlayb. NATO bunu işğala hazırlıq kimi dəyərləndirib.

Moskva isə Ukraynanı işğal planlarının olmadığını bəyan edib.

Rusiya dekabrda ABŞ və NATO-nun postsovet məkanı və Şərqi Avropada fəaliyyətini məhdudlaşdırmasıyla bağlı təkliflərini açıqlayıb. Bu həftə tərəflər arasında üç raundda danışıqlar keçirilib, amma ciddi irəliləyiş əldə olunmayıb.

2020-ci ilin oktyabrında Birləşmiş Ştatlar altı rusiyalını Ukraynanın elektrik şəbəkəsinə, 2017-ci ildə Fransada seçkilərə və 2018-ci ilin Qış Olimpiya oyunlarına kiberhücumlarda ittiham edib.

ABŞ Ədliyyə Departamenti isə həmin altı nəfərin Rusiyanın GRU hərbi kəşfiyyat agentliyinin indiki və keçmiş üzvləri olduğunu bildirib. Sözügedən şəxslər “NotPetya” adlı virus hücumunda da ittiham olunublar. Bu hücum dünya üzrə bizneslərə 1 milyard dollara yaxın ziyan vurub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG