"Təcili yardım"a müraciət edənlər artıb

tecili ambulance

-

Novruz bayramı günlərində təcili tibbi yardım üçün müraciət edənlərin sayı 10 faizə qədər artıb.

Bu haqda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

Baş həkim ANSPRESS-ə deyib ki, adi günlərdə təcili yardıma 2000-2100 çağırış olurdusa, bayram günlərində bu rəqəm 2300-ü ötüb:

“Buna səbəb poliklinikaların əməkdaşlarının bayram günlərində istirahət etməsidir. Düzdür, bütün poliklinikalarda da növbətçilər təyin edilib. Ancaq bu müəssisələrin işləməməsi bizə müraciətlərin sayının artmasına səbəb olub. Hazırda, bütün tibb müəssisələri əhaliyə təcili tibbi yardım xidməti göstərir”.

Baş həkimin deməsinə görə, əhalinin müraciətlərinin əsas hissəsi mövsümi xarakterli xəstəliklərlə bağlıdır:

“Yaşlı, eyni zamanda ürək, qan-damar sistemi xəstəlikləri olan insanlar bizə daha çox müraciət edir. Belə insanlara əsas təsir edən amil iqlimin tez-tez dəyişməsidir. Bundan başqa, bayram günlərində baş verən qəzalar da təcili yardıma müraciət edənlərin sayını artırıb” - deyə baş həkim bildirib.

Novruz Bayramı ilə əlaqədar 8 gün qeyri-iş günü elan edilib. Nazirlər Kabinetinin qərarına görə, bayram günləri martın 28-də başa çatır.

Buna da bax: Türkmənistan prezidenti xalqına çay haqqında kitab bağışlayıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Prezidentin yazdığı kitabı öpürlər

Bunlara da bax:

____________________________________________________________