Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 07:26

İçərişəhərdə “Novruz-Bahar festival”ı


Bakıda Novruz şənliyi

-

Martın 20-də İçərişəhərdə “Novruz-Bahar festivalı” açılıb.

AZƏRTAC xəbər verir ki, Novruz adət-ənənələrini təbliğ edən festivalda xarici ölkələrdən olan qonaqlar da iştirak edirlər.

Qoşa Qala qapısının yanındakı “Meydan bazarı”nda xalq-tətbiqi sənəti nümunələrinin və suvenirlərin satışı təşkil olunub. Aşbazlar festivalın qonaqlarına milli mətbəxin yeməklərinin, Novruz şirniyyatlarından şəkərbura, paxlava və badamburanın dadına baxmağı təklif edirlər.

Konsert proqramında muğam, klassik, estrada və caz musiqisi təqdim olunur. Novruzun əsas personajları Kosa və Keçəl şənliyə ovqat qatırlar.

Festival martın 21-də də davam edəcək.

XS
SM
MD
LG