Talıbovdan sonra Naxçıvan: 'Ümid edirdik düzələcək, amma...'
Sizin brauzer HTML5-i dəstəkləmir
Naxçıvan sakini Nurəddin Bayramovun sözlərinə görə, Vasif Talıbovun getməsi insanlarda "nəhayət, düzələcək" düşüncəsi yaratsa da, reallıq tamam başqa cür olub. Bayramov indiki vəziyyəti əvvəlkindən daha ağır kimi dəyərləndirir: "Elə ailə var ki, inanın, o ailədən bir nəfər belə işləmir. Sadəcə olaraq iş yoxdur".