"Eurovision-2017" müsabiqəsinin qalibinə yeni ürək köçürüldü

Salvador Sobral

"Eurovision-2017" müsabiqəsinin qalibi, portuqaliyalı müğənni Salvador Sobrala yeni ürək köçürülüb.

Amma hələ ki 27 yaşlı Sobralın xəstəxanadan nə zaman evə buraxılacağı bilinmir.

Portuqaliyalı müğənni bu ilki müsabiqədə "Amar pelos dois" mahnısının ifası ilə qalib gəlmişdi.

Sobral ürək əzələsindəki problemlərdən əziyyət çəkirdi. Bu problemlər ürəyə qan daxil olmasını çətinləşdiridi.

Müsabiqə zamanı o, ürəyindəki problemlərə görə yalnız bir məşqdə iştirak edə bilmişdi. Mətbuat konfranslarında iştirak edə bilməyəndə isə onu bacısı Luiza əvəzləyirdi.

2018-ci ilin "Eurovision" müsabiqəsi mayın 8-12-də Lissabonda keçiriləcək.

Buna da bax: Azərbaycanı 'Eurovision'da o təmsil edəcək