Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:32

Azərbaycanı «Eurovision-2018» mahnı müsabiqəsində Aysel Məmmədova təmsil edəcək.

Bu haqda İctimai Televiziya və Radio Yayımları Şirkətinin məlumatında bildirilir.

Yarışmaya qatılacaq ifaçının adı münsiflər heyətinin bu gün, noyabrın 8-i keçirilən iclasında açıqlanıb.

A.Məmmədova 1989-cu ildə musiqiçi ailəsində doğulub. Onun Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil aldığı, Azərbaycan Dövlət Konservatoriyasını bitirdiyi bildirilir.

A.Məmmədova «Caspian Jazz&Blues Festival», Bakı Beynəlxalq Caz Festivalı, «MuzEnergo Festival of Music Improvisation», Montro Caz Festivalı, Qafqaz Caz Festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.

Pianoçu, vokalist və bəstəkar olan A.Məmmədovanın 2013-cü ildə tanınmış musiqiçilər Alexandre Coppaloni, 2015-ci ildə isə Deborah Carter-dən özəl dərslər aldığı deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG