General Mehmandarov 160 yaşında!

►Oktyabrın 16-da artilleriya generalı, Azərbaycan Cümhuriyyətinin ilk hərbi naziri Səməd bəy Mehmandarovun 160 yaşı tamam olur.

Şuşanın şöhrətli Mehmandarovlar nəslindən olan Səməd bəy 1855-ci il oktyabrın 16-da o zamanlar atasının pristav olduğu Lənkəranda doğulub.

Bakıda gimnaziya təhsili alıb.

Səməd bəy Mehmandarov

16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub.

Rus-yapon müharibəsində göstərdiyi xidmətlərə görə ona 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilib.

1 Dünya müharibəsində diviziya komandiri olub.

Bütün fəaliyyəti boyu dövrün ən sayılan hərbi ordenlərinə layiq görülüb.

General S.Mehmandarov Azərbaycan Cümhuriyyəti hökümətində 1918-ci il dekabrın 25-dən hərbi nazir vəzifəsini tutub və qısa zamanda 30 minlik ordu yaratmağı bacarıb.

Bolşevik işğalından sonra Azərbaycan Hərbi Komandirlər Məktəbində dərs deyib.

1928-ci ildə təqaüdə çıxıb.

1931-ci il fevralın 12-də Bakıda dünyadan köçüb.

Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş verilişə gələn həftə AzadlıqRadiosunun “İz” proqramında qulaq asa bilərsiniz.

Buna da bax: «5 milyonumu alıb universitetdən uzaqlaşdırdılar»