Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Mart, çərşənbə, Bakı vaxtı 15:54

Səməd bəy Mehmandarov-160


Səməd bəy Mehmandarov.

-

General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı çıxıb.

Sərəncamda deyilir ki, 2015-ci ildə görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyi tamam olur.

Sərəncamda vurğulanır ki, general Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazıb.

Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir.

Sərəncamdaölkənin Müdafiə Nazirliyinə Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Səməd bəy Mehmandarovun 160 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

XS
SM
MD
LG